Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:21

Prokuror Mladici soyqırımda ittiham edib


Bosniyadakı keçmiş serb ordusunun baş komandanı Ratko Mladic 1990-cı illərdə
Bosniyada etnik təmizləmə aparılması və kütləvi qırğınlara görə cavabdehlik daşıyır.

Belə bir ittihamla prokuror Dermot Groome çərşənbə günü Mladicin işiylə bağlı Haaqada başlanan məhkəmə prosesində çıxış edib.

Mladic xüsusilə 1995-ci ildə Serebrenitsa şəhərində 8 minə yaxın müsəlman kişinin kütləvi qətlində ittiham olunur.

15 il idi ki, məhkəmədən gizlənən 70 yaşı olan Mladic ötən ilin mayında Serbiyada həbs edilərək Haaqa məhkəməsinə təhvil verilib.

O bütün ittihamları rədd edir.
XS
SM
MD
LG