Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Avropadan Bakıya mesaj: “Gəlin, bundan lokomotiv kimi istifadə edək!”


Stefan Fule
Stefan Fule
-

“Azərbaycan Avropa Birliyi ilə strateji tərəfdaşlıqda çox maraqlıdır. Onlara mesajımız budur ki, biz işbirliyimizin çərçivəsini genişləndirib enerji məsələlərinə dair strateji tərəfdaşlığımızın sərhədlərindən kənara çıxarmaqda çox maraqlıyıq”.

Avropa Birliyinin Genişlənmə üzrə komissarı Štefan Füle bunu mayın 15-də bildirib:

- Gəlin, enerji sahəsindəki əməkdaşlıqdan bir lokomotiv kimi istifadə edərək işbirliyimizi başqa sahələrə də genişləndirək. Gəlin, bu genişmiqyaslı yanaşmada insan haqları və s. əsas hüquq və azadlıqlarla bağlı məsələlərlə də məşğul olaq. Mesajımız aydındır: Avropa Birliyi ilə strateji tərəfdaşlığa nail olmağın yolu budur”.

Avropa Birliyi özünün cənubundakı və şərqindəki bir sıra ölkələrə, o cümlədən Azərbaycana daha sıx əməkdaşlıq təklif edib. Bu, əməkdaşlıq ya birliyə üzvlük, ya da onunla iqtisadi, siyasi sahədə sıx inteqrasiya ilə nəticələnə bilər. Birlik bundan ötrü həmin ölkələrdən insan haqları və iqtisadi sahədə islahatlar istəyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG