Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:21

Almaniyanın müsəlmanlara ehtiyacı var


Almaniyada məscid
Almaniyada məscid

Almaniyada keçirilən kampaniya çərçivəsində müsəlman miqrantlar üçün tədris kursları təşkil olunur, onları dövlət sektorunda işə hazırlayırlar

Almaniyada müsəlman miqrantlarla əlaqədar bir neçə illik proqram reallaşdırılır. “Berlinin sizə ehtiyacı var” adlı kampaniyanın məqsədi gənc miqrantları dəstəkləmək, onların peşə sahibi olub iş tapmasına yardım göstərməkdir.

Proqram iştirakçılarının əksəriyyəti müsəlman gənclərdir. Bu proqrama 2006-cı ildə start verilib. “Berlinin sizə ehtiyacı var” adlı kampaniyanın tərkibinə 3 illik tədris kursu daxildir. Bu müddətin yarısını iştirakçı peşə texniki məktəbində, digər yarısını isə praktikada keçirir. Almaniyada dövlət sektorunda işləmək üçün praktikanın olması vacib şərtlərdən biridir.

CGNews xəbər verir ki, Almaniyada yaşayan miqrantların əksəriyyəti məhz təhsil məsələsində problem yaşayırlar. Onların valideynləri əksər hallarda işsiz olduğundan, yaxud da az maaşlı işlərlə məşğul olduqlarından, uşaqlarına dəstək verə bilmirlər.

“Berlinin sizə ehtiyacı var” kampaniyası məhz bu cür ailələrlə işləyir, onlara ictimai sektorda iş almaq üçün peşə bilikləri verir.

2009-cu ildən etibarən 7-9-cu sinif şagirdlərini peşə ixtisasları ilə maraqlandırmaq üçün təbliğat kampaniyaları təşkil olunub. Artıq 32 məktəb və 46 şirkət bu proqrama qoşulub. İndi bu layihə miqrant gənclərə 12 istiqamətdə 100-dən artıq peşəyə yiyələnmək imkanını təqdim edir.

Layihə təmsilçiləri əmindirlər ki, “Berlinin sizə ehtiyacı var” proqramı müsəlman gənclərin alman cəmiyyətinə daha rahat inteqrasiyasına yardım edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG