Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:17

Hollande “yeni açıq yol” vəd edib


Mayın 15-də Parisdəki Elysee sarayında yeni prezident Francois Hollandenin andiçmə mərasimi keçirilib. Elysee sarayında onu keçmiş prezident Nicolas Sarkozy qarşılayıb. Bundan sonra andiçmə olub. Hollande çıxışında Fransa və Avropanın inkişafı üçün “yeni açıq yol” vəd edib.

Yeni prezidentin bu gün yeni baş naziri təyin edəcəyi də gözlənilir. Bundan sonra o Almaniyaya səfər edəcək. Fransa və Almaniya avro zona bölgəsində ən böyük iqtisadiyyatı olan ölkələrdir.

Sosialist Partiyasının nümayəndəsi olan Francois Hollande aprelin 22-də və mayın 6-da keçirilmiş prezident seçkilərinin nəticələrinə görə qalib gəlib. Onun seçki kampaniyasının əsasını iqtisadi inkişaf, təhsil sistemindəki islahatlar təşkil edib.
XS
SM
MD
LG