Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 23:02

Strauss-Kahn hotel xidmətçisinə qarşı 1 milyonluq iddia qaldırıb


Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Strauss-Kahn Nyu York hotelinin xidmətçisinə qarşı 1 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.

New York Post qəzetinin əldə etdiyi məhkəmə sənədlərinə görə Strauss-Kahn xidmətçi Nafissato Diallonu bilərəkdən və yalandan ifadə verməkdə ittiham edir.

Diallonun ifadələrinə görə Srauss-Kahn seksual təcavüzdə ittiham olunaraq məhkəməyə cəlb olunmuşdu. Məhkəmədə bu ittihamlar özünü doğrultmasa da Srauss-Kahn BVF-nun rəhbəri vəzifəsini itirdi.
O həmçinin Fransa prezidentliyinə sosilaistlərdən ən real namizəd idi.
XS
SM
MD
LG