Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Azərbaycan İranın həbsə bu həftə aydınlıq gətirəcəyinə ümid edir


Şəhriyar del Gerani və Fərid Hüseyn
Şəhriyar del Gerani və Fərid Hüseyn
“Həbs olunan gənc yazarlarla bağlı İran tərəfiylə bəzi görüşlər keçirilib”.

Bu sözləri mayın 15-də ANN.Az xəbər portalına açıqlamasında, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Elman Abdullayev bildirib ki, bu məsələyə bağlı hər gün Azərbaycanın Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlayır:

“Məsələ daim bizim diqqətimizdədir. Baş konsulluğumuz da oradakı bəzi müvafiq orqanlarla görüşlər keçirib. Konsulluğumuz məsələylə bağlı tezliklə cavab verilməsi üçün İran tərəfinə müraciət edib. Ümumilikdə, Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseynin məsələsiylə bağlı keçirilən danışıqları müsbət qiymətləndirirəm. Ümüd edirik ki, bu həftə İran tərəfi bizə cavab verəcək”.

Şəhriyarın del Geraninin atası Mail Hacızadə isə bu həftə xoş bir cavab eşidəcəklərinə ümid etdiyini bildirib: “İndiyə kimi heç bir məlumatım yoxdur. Sadəcə Xarici İşlər Nazirliyindən, bir də mətbuat vasitəsilə məlumat əldə edirəm. Amma bu həftə ümid edirik ki, xoş bir cavab alacağıq. Həm Xarici İşlər Nazirliyi, həm də Konsulluğumuz tərəfdən xeyli işlər görülüb. Ümid edirəm ki, bu həftə görülən işlər öz nəticəsini verəcək”.

Xatırladaq ki, bir müddət öncə İrana şeir müsabiqəsində iştirak etmək üçün gedən, iki gənc Azərbaycan şairi Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseynin Təbrizdə mülki geyimli şəxslər tərəfindən mayın 2-də həbs olunublar. O vaxtdan indiyə kimi gənc yazarlardan heç bir məlumat yoxdur.

Elkin Xəlilov
ANN.Az
XS
SM
MD
LG