Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 21:04

HRW: Bağdadda gizli həbsxana fəaliyyət göstərir


“Bağdadda indiyə qədər məxfi həbsxana fəaliyyət göstərir. İraq hakimiyyəti bu həbsxananı bağlamağı vəd edib”.

Bu haqda Human Rights Watch hüquq müdafiə təşkilatı məlumat verib.

Təşkilat zərərçəkənlərə, şahidlərə və məmurlara istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələri qanunsuz həbslər keçirir, həmin adamları gizli yerlərdə saxlayır. Belə gizli həbsxanalardan biri Bağdadın mərkəzindəki “yaşıl zona”da yerləşir.

ABŞ qoşunlarının İraqdan çıxarılmasından sonra ölkədəki bütün penitensiar sistem İraq hakimiyyətinin nəzarətinə keçib.
XS
SM
MD
LG