Keçid linkləri

2026, 09 İyun, çərşənbə axşamı, Bakı vaxtı 09:57

DİN homoseksuallarla bağlı yayılan məlumatlara aydınlıq gətirib

Arxiv foto
Arxiv foto
Azərbaycan Daxili İşlər Nazirliyi Bakıda 100-dən çox homoseksualın tutularaq qapalı məkanda saxlanılması barədə mətbuatda yayılan məlumatları təkzib edir.

DİN-in mətbuat xidmətinin rəisi Sadiq Gözəlov Trend-ə bildirib ki, mətbuatda yayılan Bakıda homoseksuallara qarşı xüsusi əməliyyat keçirilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil və Azərbaycan dövlətinə qarşı təxribatdır.

Yayılan məlumatda Bakıda cinsi azlıqlara qarşı xüsusi əməliyyat keçirildiyi, onların «Eurovision» bitənədək şəhərə buraxılmayacağı və ciddi nəzarət altında saxlanacağı bildirilir.
This item is part of
XS
SM
MD
LG