Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:48

"Alatoran" dərgisindən yeni kitab seriyası


-
“Alatoran” dərgisinin əlavə yayınları olaraq yeni - “Ən yeni Azərbaycan hekayəsi” seriyasından ilk kitab çapdan çıxıb.

Gənc yazıçı Ülviyyə Tahirin “Şeytanın missiyası” hekayələr toplusu seriyanın ilk kitabı ünvanını qazanıb.

Dərgi bildirir ki, "adı çəkilən seriyanın yaradılması hekayə janrını diqqət mərkəzinə gətirmək, çağdaş ədəbiyatımızın janr imkanlarını genişləndirmək məqsədi daşımaqdadır".

Ü.Tahirin bu ilk kitabında oxuculara 19 hekayəsi təqdim olunmaqdadır.

"Hekayələr bu günkü Azərbaycan reallıqlarının adi gözlə görünməyən qatlarını gözlər önündə sərgiləməkdədir",

“Ən yeni Azərbaycan hekayəsi” seriyasından yeni kitablar çapa hazırlanmaqdadır.

Bundan əvvəl “Alatoran yayınları” seriyasında Araz Gündüzün hazırladığı “Sokrat” adlı kitab da çap edilmişdi.

Bu seriyada Stefan SveyqinSamuel Bekketin də əsərləri tərcümə olunaraq çap edilib.

"Alatoran"

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG