Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:07

Suriyada hökumət qüvvələri ilə döyüşdə 25 əsgərin ölməsi haqda xəbərlər var



Suriya müxalifətinin məlumatına görə bugünlər Rastan şəhərində döyüşdə prezident Bashar al-Assada tabe olan ordu hissələri Azad Suriya ordusu döyüşçüləri arasında toqquşmada azı 25 əsgər öldürülüb, onlarla da yaralı var.

Hələlik Britaniyada yerləşən Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının yaydığı bu məlumatı müstəqil mənbələrdən təsdiq etmək mümkün olmayıb.

Mayın 14-də səhər saatlarında müxalifət mənbələri xəbər veriblər ki, hökumət qüvvələrinin Rastan şəhərini atəşə tutması nəticəsində 9 nəfər həlak olub.

Elə bu gün Brüsseldə Avropa Birliyinin Xarici İşlər nazirləri Suriyaya qarşı yeni sanksiyalar elan ediblər. Həmin sanksiyalarda Suriyada 129 hökumət təmsilçisi, 43 şirkətin əmlakı həbs edilir və siyahıda olan adamların səfərlərinə qadağa qoyulur.

Suriyada prezident Bashar Assadın rejimi əleyhinə aksiyalara hökumətin silahlı müdaxiləsi nəticəsində 14 aydan çoxdur silahlı qarşıdurma gedir. BMT 15 000 nəfərə yaxın adamın həlak olduğunu bildirir.
XS
SM
MD
LG