Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:43

İranda deputat karikaturaçıya qarşı iddiasını geri götürdü



İranda mühafizəkar deputatlardan olan Ahmad Lotfi Ashtiani karikaturaçı Mahmud Shokrayeyə qarşı iddiasını geri götürüb. Onun iddiası ilə rəssam bu ayın əvvəlində 25 şallaq cəzaına məhkum edilmişdi.

Karikaturaçı onu futbolçu kimi təsvir etmişdi. Çünki İranda həmin deputatı idmana müdaxilələri ilə tanıyırlar.

Rəssamın şallaqlanması cəzası ölkədə və ondan kənarda ciddi tənqidlərə səbəb olmuşdu.
XS
SM
MD
LG