Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:45

Yunanıstanda yeni hökuməti formalaşdırmaq mümkün olmur



İqtisadi böhran məngənəsində olan Yunanıstanda ikinci həftədir ki, yeni hökuməti formalaşdırmaq mümkün olmur.

Mayın 14-də siyasi partiyalar yenidən bir araya gəlirlər.

Kiçik Demorkatik Sol Partiyası yeni hökumətin formalaşmasında açar rola sahib olub. Mühafizəkarlarla sosialistlər arasında güc balansını həmin kiçik partiya yarada bilər.

Amma bu partiyanın da lideri bildirir ki, razılaşma mümkün olmayacaq. Çünki bazar günü koalisiya üzvlərindən biri olan Syriza partiyası iqtisadi böhrana qarşı qənaət planının əleyhinə çıxıb.

Avropa Birliyi 310 milyard dollarlıq yardım paketinin davam etməsi üçün həmin qənaət planının icrasını tələb edir. Mühafizəkarlar və sosialistlər artıq buna razılaşıblar.
XS
SM
MD
LG