Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:10

İyunun 2-də buraxılış imtahanları başlayır


Foto: Arxiv
Foto: Arxiv
İyunun 2-dən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarına start verilir. İlk imtahan Bakıda keçiriləcək. İyunun 2-də 11-ci, 3-də isə 9-cu sinif şagirdləri buraxılış imtahanı verəcəklər.

Azərbaycanın rayon və şəhərlərində də buraxılış imtahanları müəyyən ardıcıl tarixlə davam edəcək.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytında məlumat verilib.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə AzadlıqRadiosuna bildirib ki, imtahana gələn 9-cu sinif şagirdləri imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənəd (bu ya şəxsiyyət vəsiqəsi, ya da doğum haqqında şəhadətnamə ola bilər), təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkil yapışdırılmış möhürlü arayışı özləri ilə gətirməlidirlər.

11-ci sinif şagirdləri də imtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini imtahana girmək üçün nəzarətçiyə təqdim etməlidirlər:

«Əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini özləri ilə götürməlidirlər».

Elnur Nağızadə deyib ki, builki buraxılış imtahanında şagirdlər ana dili və riyaziyyat fənnindən imtahan verəcəklər.
XS
SM
MD
LG