Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 11:33

Əfqanıstanda sülh vasitəçisi öldürülüb

Əfqanıstanın Ali Sülh Şurasının aparıcı üzvü Kabulda öldürülüb. O, keçmiş Taliban rəsmisi olub. Taliban rejimi dövründə təhsil nazirinin müavini işləyib.

Polis bildirib ki, Arsala Rahmani avtomobilində naməlum şəxs tərəfindən öldürülüb.

Kabulun polis idarəsindən AzadlıqRadiosuna məlumat verilib ki, Rahmani öz evinin yanında öldürülüb. Həmin vaxt cangüdəni onun yanında olub.

Taliban məsuliyyəti öz öhdəsinə götürmür. Amma Talıibançılar əvvəllər işarə etmişdilər ki, sülh vasitəçilərini hədəfə alacaqlar.

Taliban bildirib ki, Arsala Rahmaninin ölümü sülh danışıqlarına təsir etməyəcək.
This item is part of
XS
SM
MD
LG