Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

Çin,Yaponiya və Cənubi Koreya azad ticarət əlaqələri qurmaq istəyirlər


Çin, Yaponiya və Cənubi Koreya azad ticarət barədə razılşamayla bağlı danışıqlara başlayacaqlar.

Bu barədə bazar günü bu ölkə liderlərinin Pekində keçirilən görüşündə bəyan edilib.

Çin Dövlət Şurasının baş katibi Wen Jiabao tərəfləri qlobal iqtisadi çətinliklər dövründə daha sıx əməkdaşlığa çağırıb.

O qeyd edib ki, beynəlxalq maliyyə böhranı hələ ki, aradan qaldırılmayıb, Avropa iqtisadiyyatının inkişaf perespektivləri isə hələ ki, aydın deyil.

2010-cu ildə bu 3 ölkənin dünya iqtisadiyyatında payı təxminən 20 faiz olub.

Amma bu ölkələr arasında siyasi fikir ayrılıqları, ticarət maneələri və sərmayyə fəaliyyətinin tənzimlənməsində narazılıqlar mövcuddur.
XS
SM
MD
LG