Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:21

Rus bölməsi abituriyentləri imtahan verir


Mayın 13-də rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan keçirilir. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində keçirilir. İmtahanda 9443 abituriyentdən iştirak edir. Onlardan 6788 abituriyent bu ilki, 2655 nəfər isə əvvəlki illərin məzunlarıdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, bu günkü imtahanda “Elektron ərizə”lərini mayın 4-ü saat 17:00-a kimi təsdiq etdirmiş abituriyentlər iştirak edirlər. “Elektron ərizə”lərini Sənəd Qəbulu Komissiyalarında mayın 4-dən sonra təsdiq etdirən abituriyentlər isə “Azərbaycan dili” fənni üzrə iyunun 24-da keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.
45 dəqiqə aparılacaq imtahanda abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı verilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. “Məqbul” alanlar qəbul imtahanlarına buraxılacaqlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Mayın 4-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 24-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə biləcəklər.
XS
SM
MD
LG