Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:08

Suriyada saxlanmış türkiyəli jurnalistlər vətənə dönüb


Suriyada azad edilmiş 2 Türkiyə jurnalisti bu gün hökumət təyyarəsilə vətənə dönüblər.

“Gerçək həyat” jurnalının müxbiri Adem Ozkese və operator Hamit Coşkun Suriyada baş verənlərdən film çəkmək istəyirmişlər.

Sonuncu dəfə onlar redaksiya ilə martın 9-da, İdlib şəhərindən əlaqə saxlamışdılar.

Həmin gün şəhər hökumət qoşunları tərəfindən mühasirəyə alınmış, əlaqə kəsilmişdi.

Jurnalistlər İranın vasitəçiliyilə azad edilib.

Məlumatlara görə jurnalistləri hökumətpərəst qüvvələr saxlayaraqxüsusi xidmətə təhvil veriblər.

Onlar İranın vasitəçiliyilə azad edilib.
XS
SM
MD
LG