Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:59

Kabildə sülh şurasının rəhbərlərindən biri öldürülüb


Əfqanıstan Ali Sülh Şurasının rəhbərlərindən biri və prezident Hamid Karzainin müşaviri Arsala Rahmani öldürülüb.

France Presse agentliyi Əfqanıstanın təhlükəsizlik qüvvələrinə istinadla xəbər verir ki, o ətrafdan ötən maşından atəşə tutulub.

O Talibanla dialoq yaratmaq üçün yaradılmış sülh şurasında əsas adamlardan biri hesab olunurdu.

80-cı illərdə döyüş komandiri kimi Sovet qoşunlarına qarşı vuruşan Rahmani, sonralar
Taliban hökumətində bir sıra yüksək vəzifələrdə işləyib.

O indiki Əfqanıstan hökumətilə barışan 4 keçmiş yüksək səlahiyyətli talibançıdan biri idi.

Ötən ilin sentyabrında Kabildə törədilmiş terror aktı nəticəsində Ali Sülh Şurasının rəhbəri və keçmiş prezident Burhanuddin Rabbani də öldürüldü.
XS
SM
MD
LG