Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

«Eurovision-2012»-nin Mətbuat Mərkəzi fəaliyyətə başlayıb


Mayın 13-də «Eurovision-2012» mahnı müsabiqəsinin Mətbuat Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə radio otaqlar, müsahibələrin alınması üçün otaqlar, mətbuat konfransı zalı, istirahət otaqları var.
Bundan başqa Mətbuat Mərkəzində «Qarabağ», «Gəncə», «Şəki», «Quba», «Naxçıvan», «Qəbələ», «Xəqani», «Nizami», «Sabir», «Xətai» adlı otaqlar da fəaliyyət göstərir.
Mərkəzin xaricində quraşdırılmış monitorda Azərbaycan bayrağı dalğalanır. «Baku Crystal Hall»ın meydanında quraşdırılan işıqlı qlobusda isə müsabiqədə iştirak edən ölkələrin bayraqları nümayiş etdirilir.
XS
SM
MD
LG