Keçid linkləri

2026, 19 May, çərşənbə axşamı, Bakı vaxtı 04:13

Yəmənda yaraqlıların 3 lideri öldürülüb

Yəmənin cənubunda hökumət qoşunlarıyla yaraqlılar arasında gedən toqquşmada əl Qaida ilə əlbir olan yaraqlı qrupun 3 lideri öldürülüb.

Bu barədə Yəmənin Müdafiə Nazirliyi xəbər verir.

Onlardan 2-si cümə günü Laudar şəhərində baş vermiş toqquşmada öldürülüb.

Birini isə cümə axşamı hökümət qüvvələrinin tərəfini saxlayan yerli qəbilənin döyüşçüləri öldürüb.

Laudar şəhərinin yerləşdiyi Abyan əyalətinin əksər hissəsi əl Qaida ilə əlbir olan yerli “Ansar al Sharia” qrupunun nəzarətindədir.
This item is part of
XS
SM
MD
LG