Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:46

Putinlə Ahmadinejad arasında telefon söhbəti olub


Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Mahmud Ahmadinejad arasında telefon söhbəti olub.

Danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin inkişafı müzakirə olunub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Ahmedinejad Vladimir Putini mayın 8-dən prezident kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Moskva ilə Tehran arasında güclü hərbi və iqtisadi əlaqələr var.

Mayın 14-də Vyanada İranın nüvə proqramıyla bağlı Tehranla Beynəlxalq Atom Enerjisi
Agentliyi arasında danışıqların növbəti mərhələsi keçiriləcək.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədli olduğunu deyir.
XS
SM
MD
LG