Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:44

Suriyada hakim partiyanın ofisi ətrafında partlayış törədilib


Cümə günü axşam Suriyanın Hələb şəhərində, hakim Bəəs partiyasının ofisi yaxınlığında törədilmiş partlayışda 1 nəfər ölüb.

Bu barədə dövlət kütləvi informasiya vasitələri xəbər verir.

Suriyalı hüquq müdafiəçiləri ölənin ofisin keşikçisi olduğunu deyirlər.

Onlar həmçinin dünən ölkənin şimalındakı İdlib əyalətində daha bir partlayış törədildiyini deyirlər.

Yerli fəalların sözlərinə görə hökumət qoşunları Sarakab şəhərində müxalifət tərəfdarları və
Azad Suriya ordusunun mövqelərini atəşə tutublar.

Aprelin 12-dən Suriyada atəşkəs rejimi elan edilsə də toqquşmalar davam edir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.
XS
SM
MD
LG