Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 16:41

II Dünya müharibəsində qəzaya düşmüş təyyarə tapılıb

Britaniya mediasının məlumatına görə II Dünya müharibəsində qəzaya düşmüş Kral Hava Qüvvələrinə məxsus təyyarə 70 ildən sonra səhrada tapılıb. Kittyhawk P-40 təyyarəsini polşalı neft işçisi təsadüfən tapıb. Məlumata görə təyyarənin aparatları, gövdəsi demək olar ziyan çəkməyib.

Ehtimal edilir ki, pilot da qəzada sağ qalıb, amma sonradan səhrada vəfat edib. Amma pilotun qalıqlarını tapmaq mümkün olmayıb.

Həmin müharibə illərində Britaniya hərbi hava qüvvələri faşist Almaniyasına qarşı mübarizədə iştirak etmək üçün Misirdə də baza yerləşdirmişdi.
This item is part of
XS
SM
MD
LG