Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:01

Rəsul Quliyevin tərəfdarının evində axtarış aparıldı…


Foto: Arxiv
Foto: Arxiv
Mayın 11-i saat 19 radələrində Binəqədi polis şöbəsinin əməkdaşları Açıq Cəmiyyət Partiyasının fəallarından Əli Rza və bacısı Şirinbacı Həsənovanın kirayə qaldıqları evdə axtarış aparıblar. Evdən narkotik vasitə tapıldığı bildirilir. Nəticədə Əli Rzanın kiçik qardaşı İlqar Rzayev saxlanıb.

Bunu AzadlıqRadiosuna Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin Azərbaycandakı müşaviri Ağası Şakiroğlu bildirib. O deyib ki, axtarış zamanı polis evdən narkotik vasitə-anaşa tapdığını bildirib:

«Axtarışdan sonra polislər iki bağlama narkotik vasitə-anaşa göstərib onları evdən tapdıqlarını bildiriblər. Sonra Əli Rzanın kiçik qardaşı İlqar Rzayevi həbs ediblər. Polislər axtarışın onlara daxil olan məlumat əsasında aparıldığını deyirlər. Amma biz əminik ki, onlar partiyanın keçirdiyi aksiyalara və Əli Rza ilə Şirinbacı Rzayevanın hakimiyyət əleyhinə səsləndirdikləri fikirlərə görə bu addımı atıblar. İlqar Rzayevi də bu yaxınlarda «Vaşinqton Post» qəzetinə məmurları kəskin tənqid edən müsahibə verdiyinə görə saxlayıblar».

Ağası Şakiroğlu deyir ki, Əli Rza «Azərbaycan el hərəkatı»nın sədri, İctimai Palatanın üzvüdür. Evdə axtarış da onun və bacısının siyasi fəaliyyətinə görə aparılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, Azərbaycanda polis siyasi fəaliyyətinə görə heç kimi təqib etmir. Onun fikrincə, Azərbaycan azad ölkədir və hər kəsin hüququ qorunur. O.Mansurzadə deyir ki, bu hadisəni siyasiləşdirib, polisə öz qanuni işini gördüyü üçün böhtan atmaq düzgün deyil:

«Həmin şəxslər də konkret olaraq əməlinə görə-yəni evdən narkotik vasitə müəyyən edilib götürüldüyü üçün məsuliyyətə cəlb olunublar. Yəni, bu, konkret cinayət əməlidir. Bu cür faktlar sənədləşdirilir və araşdırma aparılır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG