Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Prezident siyasi partiyaların maliyyələşməsi ilə bağlı qanunu imzaladı



Mayın 11-də prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanuna dəyişiklikləri imzalayıb.

Həmin dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi qaydaları nəzərdə tutulur.

Dəyişikliklərə görə partiyalara hər il dövlət büdcəsindən pul ayrılacaq. Vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin MM-də təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi MM-də təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Prezident bu gün imzaladığı fərmanda Nazirlər Kabinetinə tapşırır ki, üç ay müddətində siyasi partiyaların maliyyə hesabatlarının formasını, məzmununu və təqdim edilmə qaydasını müəyyən etsin.
XS
SM
MD
LG