Keçid linkləri

2026, 20 Sentyabr, bazar, Bakı vaxtı 22:30

NATO Rusiyadan gələn hədələrdən narahat olmadığını bildirir


NATO-nun Baş katibi Anders Fogh Rasmussen Rusiyanın Avropada raketdən müdafiə sistemləri qurmaq planlarından narahat olmadıqlarını bildirib.

Bu yaxınlarda Rusiya rəsmilərindən biri deyib ki, ABŞ-ın Avropada raketdən müdafiə sistemləri qurmaq planlarına dair danışıqlar nəticə vermir. Ona görə də Rusiya Kalininqradda özünün belə sistemlərini yerləşdirəcək.

Anders Fogh Rasmussen mayın 11-də deyib ki, bunlar sadəcə olaraq Moskvanın danışıqlarda üstünlük əldə etmək üçün istifadə etdiyi ifadələrdir. O, NATO-nun Avropada yerləşdirmək istədiyi raketdən müdafiə sistemlərinin Rusiyaya heç bir aidiyyatı olmadığını bir daha təkrar edib. Moskva belə sistemləri ölkənin milli maraqlarına zidd hesab edir.
This item is part of
XS
SM
MD
LG