Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:22

Tbilisi Doku Umarovla əlaqələri barədə Moskvanın ittihamlarını rədd edir


Gürcüstanın Xarici İşlər Nazirliyi bu ölkənin xüsusi xidmət orqanlarının çeçen yaraqlılarının lideri Doku Umarovla əlaqələri barədə Moskvadansəslənən ittihamları rədd edir.

Rusiyanın Anti-Terror Komitəsi mayın 10-da məlumat yayıb ki, yaxınlarda Gürcüstanın separatçı regionu olan Abxaziyada silah və partlayıcı maddələr aşkar edib. Komitə həmin silahların Soçi Olimpiadası zamanı terror aktları üçün istifadə oluna biləcəyini guman edir.

Rəsmilər çeçen yaraqlılarının lideri Doku Umarovun yeni terror aktları hazırladığını və onun həm də Gürcüstanın xüsusi xidmət orqanları ilə sıx əlaqəsinin olduğunu bildiriblər.

Gürcüstanın Xarici İşlrə Nazirliyi isə mayın 11-dəyaydığı bəyanatda bildirir ki, Rusiyanın ittihamları beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir.
XS
SM
MD
LG