Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:25

Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçdi


Azərbaycan polisi «Eurovision»la əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Bakının mərkəzi hissələrində, hotel və mehmanxanalar, istirahət mərkəzləri də daxil olmaqla insanların gur toplaşdığı ərazilərdə polis naryadlarının sayı artırılıb, təhlükəsizlik tədbirləri gücləndirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunması, müvafiq tədbirlər planlarından irəli gələn vəzifələrin icrasının tam təmin edilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı sərəncamla DİN-in orqan və hissələrinin şəxsi heyəti mayın 10-dan 31-dək gücləndirilmiş iş rejimində çalışacaq.
XS
SM
MD
LG