Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 12:16

Mitinq təxirə düşdü, piket olacaq


İctimai Palata mayın 13-nə planlaşdırdığı mitinqi keçirtməyəcək. Əvəzində mayın 14-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçiriləcək.

Bunu AzadlıqRadiosuna İP-də təmsil olunan AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı deyib:

«Mayın 11-də BŞİH istədiyimiz meydanları verməkdən imtina edib. Müraciətimizə ənənəvi cavab məktubunda yenə də aksiya üçün Bibiheybət qəsəbəsindəki «20-ci sahə» münasib bilinir. Biz isə əvvəlcədən bəyan etmişdik ki, ora getməyəcəyik. Ona görə mitinq keçirilməyəcək. Amma BŞİH-nın necə yanaşmasından asılı olmayaraq, onun binası qarşısında piket keçirməkdə qərarlıyıq».

İP ötən həftə BŞİH-yə müraciət edərək mayın 13-də mitinq keçirmək üçün yer istəmişdi.
XS
SM
MD
LG