Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 10:07

İstiqlalçı deputatlar prezidentə müraciət edir


Müxalifətin Nərimanov metrosu yaxınlığındakı aksiyası.Aprel 2011
İstiqlalçı deputatlar vicdan məhbuslarının həbsdən azad edilməsi ilə bağlı prezident İlham Əliyevə müraciət hazırlayıb.

1991-ci ildə Azərbaycanın müstəqilliyi haqda bəyannaməni imzalayan o vaxtkı deputatların bəziləri - İsa Qəmbər, Sülhəddin Əkbər, İbrahim İbrahimli, İxtiyar Şirin, Hacıbaba Əzimov və başqaları mayın 11-də Müsavat Partiyasının qərargahında bir araya gəliblər.

«Əhrar» partiyasının sədri Vaqif Hacıbəylinin AzadlıqRadiosuna verdiyi məlumata görə, toplantıda Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı və İctimai Palatanın həbsdə olan digər üzvlərinin məsələsi müzakirə olunub, sonda prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Müraciətdə Arif Hacılının da istiqlalçı deputatlardan və demokratik hərəkatın tanınmış simalarından biri olduğu xatırladılır. Ümumilikdə İP üzvlərinin həbsi pislənilən sənəddə onların tezliklə azad olunmaları istənilir.

Ötən ilin aprelində Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyalar zamanı İctimai Palatanın 16 üzvü saxlanılıb. Sonradan məhkəmə qərarı ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Beynəlxalq təşkilatlar onları vicdan məhbusu kimi tanıyır.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG