Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Dağ çaylarında suyun səviyyəsi artacaq


Yaxın günlərdə Azərbaycanın bəzi ərazilərində gözlənilən yağışlarla əlaqədar dağ çaylarında suyun səviyyəsinin artacağı proqnozlaşdırılır. Bunu cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, yaxın günlərdə gündüz saatlarında hava yağmursuz olsa da, gecə saatlarında bəzi ərazilərdə lokal xarakterli yağışların yağacağı gözlənilir.

Bununla əlaqədar dağ çaylarında, xüsusilə Böyük Qafqazın cənub yamacındakı çaylarda suyun səviyyəsində artım ola bilər. Yağışlar intensiv davam edərsə, dağ çaylarında hətta qısamüddətli daşqınlar da ola bilər.
XS
SM
MD
LG