Keçid linkləri

2026, 15 İyul, çərşənbə, Bakı vaxtı 18:17

Yəməndə 10 yaraqlı öldürülüb

Yəmənin cənubunda aviasiya və artilleriya zərbələri nəticəsində 10 yaraqlı öldürülüb. Onların “Əl-Qaidə” ilə bağlı olduğu bildirilir. Bu haqda Yəmənin Müdafiə Nazirliyi xəbər yayıb.

Əməliyyat Abyan əyalətinin Zinjibar şəhərində keçirilib. Zərbələrin hədəfi “Ansar al-Şaria” radikal qrupunun üzvləri olub.

Fevraldan fəaliyyətə başlamış Yəmən prezidenti Abd Rabu Mansour Hadi “Əl-Qaidə” ilə mübarizə aparacağını, bu mübarizənin “dini və milli borc” olduğunu bildirib.
This item is part of
XS
SM
MD
LG