Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 03:10

Apreldə BTC kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub

Foto arxiv
Foto arxiv
Bu ilin aprelində Bakı-Tbilisi-Ceyhan kəmərilə 2 milyon 312 min 867 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında isə kəmərlə 10 milyon 240 min 466 ton neft ötürülüb.

Ümumilikdə 2012-ci il mayın 1-dək BTC-yə 186 milyon 21 min 108 ton neft vurulub.

Bundan başqa, bu ilin aprelində kəmərlə 207 min 190 ton Türkmənistan nefti nəql olunub.
This item is part of
XS
SM
MD
LG