Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 01:57

Britaniyada 24 saatlıq tətildir


Böyük Britaniyada dövlət sektorunun işçiləri 24 saatlıq tətilə çıxıb.

Onlar pensiya fondu da daxil olmaqla hökumətin kəskin iqtisadi tədbirlər planına etiraz edirlər.

Həmkarlar ittifaqının məlumatına görə aksiyada 400 min adam iştirak edəcək.

Hakimiyyət isə bunun iki dəfə az olacağını deyir.

Həmçinin Londonda polislərin nümayişi gözlənilir.

Onlar iş yerləri və əmək haqlarının ixtisarı, habelə iş şəraitinin pisləşməsinə qarşı çıxırlar.

Həmçinin hava limanı və La-Manşdan keçən tuneldə hərəkətin pozulacağı istisna olunmur.
XS
SM
MD
LG