Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Dəməşqdə ölənlərin sayı 55-ə çatıb


Son məlumata görə, Dəməşqdə törədilmiş 2 partlayışda 55 nəfər ölüb, 370-dən çox adamsa yaralanıb.

Suriya hakimiyyəti bunun terror aktı olduğunu deyir.

Müxalifət isə hesab edir ki, partlayışları Bashar Assad rejiminin özü törədib və məqsəd beynəlxalq aləmə göstərməkdir ki, o terroçuluğa qarşı mübarizə aparır.

BMT-nin baş katibi Ban Kİ Moon və Suriyadakı beynəlxazlq müşahidəçilər missiyasının rəhbəri general Robert Mood partlayışları ittiham ediblər.

BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Kofi Annan münaqişə tərəflərini atəşkəsə əməl etməyə çağırıb.

Müxalifət sülh planının pozulduğunu deyir.

Amma qərb ölkələri bunun münaqişənin həllində ən yaxşı variant olduğunu deyirlər.
XS
SM
MD
LG