Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:07

3 gündən sonra rus bölməsinin abituriyentləri imtahan verəcək


Mayın 13-də rus bölməsinin abituriyentləri «Azərbaycan dili» fənnindən imtahan verəcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Şəki və Quba şəhərlərində keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirir ki, abituriyentlər «İmtahana buraxılış vərəqəsi»ni TQDK-nın internet saytına daxil olaraq çap edə bilirlər.

İmtahanda iştirakı nəzərdə tutulan 9 min 443 abituriyentdən 4 min 38 nəfəri oğlan, 5 min 405 nəfəri qızdır.

İmtahan bütün şəhərlərdə eyni vaxtda - saat 14.00-da başlanacaq.

İmtahanda «Elektron ərizə»lərini bu il mayın 4-dək saat 17.00-dək təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcək.
XS
SM
MD
LG