Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 14:43

Zaqatalada yenidən zəlzələ olub


Mayın 10-da Zaqatala rayon mərkəzindən 10 km cənubi-qərbdə 4 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Mərkəzin məlumatına görə, zəlzələ Zaqatalada 3,5 bal, episentrə yaxın yaşayış məntəqələrində isə 2,0-2,5 bal gücündə hiss olunub. İnsan tələfatı və dağıntılar yoxdur.

Mayın 7-də Zaqatalada 7 bal gücündə zəlzələ olub. 3 mindən artıq tikili uçub. İnsan tələfatı qeydə alınmayıb. Mayın 9-da prezident İlham Əliyev zəlzələdən zərərçəkən kəndlərdə olub. Prezident zəlzələnin nəticələrinin aradan qaldırılmasına büdcədən 20 milyon manat ayrılması barədə sərəncam verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG