Keçid linkləri

2026, 14 Sentyabr, bazar ertəsi, Bakı vaxtı 19:42

Ziya Məmmədov: «Eurovision» vaxtı nəqliyyatda ödəniş kartla ediləcək

«Eurovision»da istər turistlər, istərsə də yerli sərnişinlər ictimai nəqliyyatda və «London taksiləri»ndə ödənişləri kart vasitəsi ilə həyata keçirə biləcəklər.

Bunu mayın 10-da jurnalistlərə açıqlamasında Nəqliyyat naziri Ziya Məmmədov deyib.

«Avtobuslarda və «London taksiləri»ndə pos-terminallar qurulub, istər turistlər, istərsə də yerli sərnişinlər kartları pos-terminallara sürtməklə ödəniş edəcəklər. Burda heç bir problem yoxdur. Bizim işlərimiz tam hazır vəziyyətə gətirilib. Bilirsiz ki, ictimai nəqliyyatda yaxşı mənada mərhələ-mərhələ dəyişikliklər edilir».

Ziya Məmmədov paytaxt yollarının abadlaşdırılması ilə bağlı da intensiv işlərin getdiyini deyib.

«Biz prezidentin tapşırığı ilə Bakı şəhər icra hakimiyyəti və digər qurumlarla birgə yolları kvartal-kvartal bərpa edirik» deyə nazir bildirib.
This item is part of
XS
SM
MD
LG