Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Olimpiya oyunlarının məşəli yandırılacaq


Mayın 10-da London 2012 Yay Olimpiya Oyunları üçün məşəl ilk Olimpiya oyunlarının 2800 il əvvəl keçirildiyi Yunanıstanda yandırılacaq.

Yerli vaxtla saat 12:00-da rahibə geyimli bir aktrisa səhər günəşi şüalarını parabol bir güzgünün köməyi ilə əks etdirərək yandıracaq.

Bugünkü tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin sədri Jacques Rogge, yüzlərlə dövlət məmuru və keçmiş olimpiadaçıların iştirakı gözlənilir.

Məşəli alovlandırandan sonra onu Yunanıstanda 2900 km boyunca gəzdirəcəklər. Mayın 17-də onu ilk müasir olimpiya oyunlarını keçirildiyi London nümayəndələrinə təqdim edəcəklər. London oyunları iyulun 27-də açılır.
XS
SM
MD
LG