Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 23:09

Obama NATO baş katibi ilə görüşüb


ABŞ prezidenti Barack Obama bu ay Çikaqoda keçiriləcək NATO sammiti öncəsi NATO baş katibi Anders Fogh Rasmussenlə Ağ Evdə görüşüb.

Ağ Evin yaydığı açıqlamaya görə, Obama və Rasmussen samitdə 2014-cü ilin sonuna qədər NATO qüvvələrinin Əfqanıstanda rolunun dəyişilməsinə dair razılaşdırmanın yenidən təsdiqlənməsi barədə fikir mübadiləsi aparıblar.

NATO ölkə başçıları mayın 20-21-də Çikaqoda görüşəcəklər. İttifaq üzvləri isə Əfqanıstandan çəkilmə planı ilə bağlı detalları hazırlayacaqlar.

Hazırda 130 min əcnəbi hərbçi - əksəriyyəti də NATO üzvü ölkələrdəndir - Taliban və Al-Qaeda döyüşçülərinə qarşı savaşır.
XS
SM
MD
LG