Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:45

Suriyada bu səhər 2 partlayış baş verib


Suriyanın paytaxtı Dəməşqdə mayın 10-u səhər saatlarında baş vermiş iki partlayış nəticəsində xəsarət alanlardan xəbər yoxdur.

Suriya dövlət televiziyası partlayışları “terror hücumu” adlandırır.

Müxalifyönlü “Suriyanın İnsan Hüquqları” Müşahidəçi Qrupu isə bildirir ki, partlayış Qazaz qonşuluğundakı təhlükəsizlik qüvvələrinin yanında baş verib.

Son aylar Dəməşq çoxsaylı partlayışların hədəfinə çevrilib, çünki prezident Bashar al-Assadin tərəfdarları bu rejim qarşı çıxan üsyançılarla döyüşü 14 aydır ki davam etdirir.

Dünən də oxşar hadisə baş verib – yol kənarındakı bombadan BMT-nin Suriyadakı müşahidəçi missiyasının nəqliyyat vasitəsi son anda qurtardı. Partlayış cənubdakı Daraa şəhərində Suriyanın BMT təmsilçələrini qorumaq üçün təşkil olunmuş mühafizə xidmətinin yanında baş verib.

Artıq bir ildən çoxdur Suriyada hökumət əleyhdarlarına qarşı aparılan əməliyyatlarda 10 minə yaxın etirazçı öldürülüb.
XS
SM
MD
LG