Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:01

Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur başlayıb [VIDEO]


Bakıda velotur, 9 may 2012
Bakıda velotur, 9 may 2012

Mayın 9-da Bakıda keçmiş prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur başlayıb. Mayın 13-nə kimi davam edəcək velotur ümumilikdə beş mərhələdən ibarət olacaq. Birinci mərhələ Bakıda, sonrakı mərhələlər isə regionlarda baş tutacaq.

Velosiped turunun təşkilat komitəsinin üzvü Rövşən Məmmədovun sözlərinə görə, turun ikinci mərhələsində iştirakçılar Bakıdan İsmayıllıya qədər yarışacaqlar. Mayın 11-də velotur iştirakçıları Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu ilə, mayın 12-də isə İsmayıllı-Qəbələ marşrutu ilə hərəkət edərək, Qəbələdə on iki dövrə vuracaqlar.

Yarışın sonuncu günündə velosipedçilər iştiraklarını Bakıda mərkəzi küçələrdə on dövrə vurmaqla başa çatdıracaqlar.

23 yaşına kimi velosipedçilərin iştirak etdiyi velotur qadınlar və kişilər arasında ayrı ayrılıqda təşkil olunub.

Qadınların yarışında 16 velosipedçi iştirak edir. Kişilərin yarışında isə ümumilikdə 14 ölkəni 17 komanda təmsil edir.

5 gün davam edəcək velotur Azərbaycanda keçiriləcək ilk peşəkar velosiped yarışıdır.

Rövşən Məmmədovun sözlərinə görə, tədbirin əsas təşkilatçıları Azərbaycan Velosiped Federasiyası, Beynəlxalq Velosipedçilər İttifaqı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman nazirliyidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG