Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:52

Heydər Əliyev İlham Əliyev haqda, Hitler və müxalifət....


Mətbuat icmalı
Mətbuat icmalı
GƏNCƏ HADİSƏLƏRİ İLƏ BAĞLI VİDEO ÇƏKİLİŞLƏR NİYƏ ORTAYA ÇIXARILMIR?

Bu sualı «Azadlıq» qəzetində hüquqşünas Aslan İsmayılov verir. Müsahibəsində vəkil deyir: «Biz Gəncəyə gələndə komissiyada deputat olmayan yalnız mən idim. Bizimlə AzTV-nin çəkilişi qrupu da gəlmişdi. Mətləb Mütəllimlinin dediyi kimi dindirmədə hamı sual vermirdi. Mən bir məqamı diqqətinizə çatdırım. Gəncə hadisələri ilə bağlı əksər dindirmə prosesi videolentə alınıb. Niyə həmin çəkilişləri ortaya çıxarmırlar? O çəkilişlər ortaya çıxarsa, onda hər şey aydın olacaq. Kim Gəncədə hansı sualları verirdi, bilinəcək. Mən Gəncədə o zamankı baş prokuror İxtiyar Şirinovu, milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbəri, daxili işlər nazirinin müavini Qalib Məmmədovu, MTN-nin demək olar bütün strukturlarının rəhbərlərini, Qazaxlı Aliki dindirmişəm. Özü də video çəkilişin tətbiqi ilə. Bu video çəkilişlər var, amma ortaya çıxarmırlar. Bu adamlar hamısı Gəncədə həbs olunmuşdu».

HEYDƏR ƏLİYEV OĞLU HAQQINDA

«Azərbaycan» qəzeti bu günkü sayında məhrum prezident Heydər Əliyevdən sitatı manşet verib: «Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək». H. Əliyevdən gətirilən sitatda daha sonra deyilir: «İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər».

«MƏNƏ GÖRƏ QARDAŞIM OĞLUNU ÖLÜMƏ GÖNDƏRDİLƏR»

Bu sərlövhə altında yazı dərc edən «Bizim yol» qəzeti Müdafiə Nazirliyinin keçmiş yüksək rütbəli məmuru, general-mayor Lənkəran Əliyevlə ordu rəhbərliyi arasındakı qalmaqalın davam etməsindən yazıb. Lənkəran Əliyev bildirib ki, Müdafiə Nazirliyinin ona qarşı sürdüyü ittihamların heç bir əsası yoxdur və sual edir ki, qanunu pozmuşdursa, niyə bu 3 il sonra dilə gətirdilir? Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşı Vaqif Məmmədov deyib ki, Lənkəran Əliyev nazirliyə və müdafiə nazirliyinə ittihamları ilə diqqəti öz qanunsuz əməllərindən yayındırmaq istəyir.

«MÜXALİFƏTİN ZİDDİYYƏTLİ MƏNTİQİ...»

«Yeni Azərbaycan» qəzeti «Müxalifətin ziddiyyətli məntiqi...» adlı yazı dərc edib. Qəzetin siyasət şöbəsi yazır ki, müxalifətə tapşırıq verilsə, Hitleri də müdafiə edərlər. Yazıda deyilir ki, vaxtilə Hitlerin kitabının Azərbaycanda çap olunmasını söz və mətbuat azadlığına təhlükə kimi qiymətləndirən müxalifət liderləri Hitlerlə kollajının birlikdə verilməsinə etiraz ediblər. Qəzet bunu ziddiyyətli davranış kimi qiymətləndirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG