Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 23:53

Televiziyalarda monitorinq aparılacaq

Yay aylarında Azərbaycanda yayımlanan telekanallarda dil problemi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə monitorinq keçiriləcək, «Trend»in məlumatına görə, bunu mayın 8-də jurnalistlərə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

Məhərrəmli bildirib ki, dil qüsurları əsasən şou xarakterli verlişlərin aparıcılarında var.

«Bu problem bizi narahat edir. Monitorinqə Azərbaycanın dilçilik üzrə mütəxəssiləri də cəlb olunacaq», Məhərrəmli əlavə edib.
This item is part of
XS
SM
MD
LG