Keçid linkləri

2026, 15 İyul, çərşənbə, Bakı vaxtı 20:15

Yerevanda müxalifətin yürüş keçirildi

Mayın 8-də Ermənistan paytaxtı Yerevanda müxalifətin yürüşü keçirilib.

Frans press agentliyinin məlumatına görə, təxminən 5 min nəfər seçki saxtakarlıqlarına etiraz ediblər.

“Ermənistandakı bütün seçkilər əvvəlkindən pis keçirilir, onlar hər dəfə saxtakarlıq üçün yeni üsullar tapırlar” – deyə Ermənistan Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyan yürüş iştirakçıları qarşısındakı çıxışında bildirib.

Son parlament seçkilərində prezident Sarkisyanın partiyası çoxluq qazanıb. Ter-Petrosyanın Partiyasına 7 mandat çatıb.

O bildirib ki, mandatları qəbul etsələr də, saxtakarlıqlara qarşı mübarizəni davam etdirəcəklər.
This item is part of
XS
SM
MD
LG