Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

FİFA və Braziliya barışdı


FİFA və Braziliya bildiriblər ki, onlar ortada olan fikir ayrılıqlarına son qoyublar və 2014-cü ilin dünya futbol çempionatının uğurla keçməsi üçün çalışırlar.

Mayın 8-də iki tərəfin nümayəndələri - Braziliyanın idman naziri Aldo Rebelo və FİFA-nın baş katibi Jerome Valcke FİFA-nın qərargahında görüşüblər. Danışıqlar 6 saat davam edib.

İki tərəf arasında “müharibə” bu ilin əvvəlində Valcke-nin Braziliya hökumətini tənqid etməsindən – çempionata hazırlığın ləng getməsini deməsindən sonra başlanmışdı.

FİFA danışıqlardan sonra bildirib ki, dünya çempionatının hazırlıq komitəsinə Braziliya hökumətinin də nümayəndəsi daxil ediləcək ki, qərarların qəbulunda hökumət də yaxından iştirak etsin.

Bundan başqa tərəflər 2 aydan bir görüşüb hazırlıq işlərini müzakirə etmək haqda da anlaşıblar.
XS
SM
MD
LG