Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Dmitri Medvedev Baş nazir oldu


Dmitry Medvedev (solda) və Vladimir Putin 1 May Beynəlxalq Zəhmətkeşlərin Həmrəyliyi Gününü qeyd edirlər. Moskva 1 may 2012-ci il.
Dmitry Medvedev (solda) və Vladimir Putin 1 May Beynəlxalq Zəhmətkeşlərin Həmrəyliyi Gününü qeyd edirlər. Moskva 1 may 2012-ci il.
Rusiya prezidenti Vladimir Putin keçmiş prezident Dmitri Medvedevin Baş nazir təyin edilməsi haqda fərman imzalayıb.

Bu barədə Kremlin məlumatında deyilir.

Bundan az əvvəl Dövlət Duması Medvedevin namizədliyinə «hə» deyib.

Onun lehinə 299, əleyhinə 144 deputat səs verib.

Parlamentdə çoxluq hakim Vahid Rusiya Partiyasında olduğu üçün kommunistlərin Medvedevin namizədliyinin əleyhinə çıxmasının xeyri olmayıb.

Bir çox ekspertlər Medvedevin baş nazirliyə gətiriləcəyini əvvəlcədən proqnozlaşdırırdılar. Onlar Medvedevin qısa müddətə «oyuncaq prezident» kimi hakimiyyət başına gətirildiyini, bundan əvvəl 2 dəfə prezident seçilmiş Putinin yenidən ölkənin 1 nömrəli kreslosuna sahiblənəcəyini deyirdilər.

47 yaşlı Dmitri Medvedev 1999-cu ildə Rusiya Federasiyası hökuməti aparatının rəhbərinin müavini, 2000-ci ildə isə birinci müavini olub.

2000-2003-ci illərdə «Qazprom»da Direktorlar Şurasının sədr müavini və sədri kimi çalışıb.

2003-cü ilin oktyabr ayından 2005-ci ilin noyabr ayına qədər Prezident Administrasiyasına rəhbərlik edib.

2005-ci ilin noyabrından 2008-ci ilin mayına qədər Rusiya baş nazirinin birinci müavini olub.

2008-ci ildə Rusiyanın prezidenti seçilib.
XS
SM
MD
LG