Keçid linkləri

2026, 20 Avqust, cümə axşamı, Bakı vaxtı 01:51

Liviyanın hökumət binasına hücum olub

Liviyada bir qrup yaraqlı paytaxt Tripolidə müvəqqəti hökumətin yerləşdiyi binaya hücum edib. Onlar azı 2 mühafizəçini öldürüblər. Binaya avtomat və raketlərdən atış açılıb.

Hücum edənlər keçmiş diktator Qəddafiyə qarşı döyüşmüş yaraqlılardandırlar. Onlar müavinətlərinin verilməməsinə bu yolla etiraz ediblər.

Keçən ay müavinətlərin verilməsində saxtakarlıqların baş verməsini əsas gətirən hökumət prosesi dayandırıb.
This item is part of
XS
SM
MD
LG