Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:11

Putin Medvedevi baş nazir təyin etdi


Rusiya prezidenti Vladimir Putin keçmiş prezident Dmitri Medvedevin baş nazir təyin edilməsi haqda fərman imzalayıb.

Bu barədə Kremlin məlumatında deyilir.

Bundan az əvvəl Dövlət Duması Medvedevin namizədliyinə “hə” deyib.

Onun leyihə 299, əleyhinə 144 deputat səs verib.

Parlamentdə çoxluq hakim “Vahid Rusiya” Partiyasında olduğu üçün kommunistlərin Medvedevin namizədliyinin əleyhinə çıxmasının xeyri olmayıb.

Bir çox ekspertlər Medvedevin baş nazirliyə gətiriləcəyini əvvəlcədən proqnozlaşdırırdılar. Onlar baş nazir Medvedevin qısa müddətə “oyuncaq prezident” kimi hakimiyyət başına gətirildiyini, bundan əvvəl 2 dəfə prezident seçilmiş Putinin yenidən ölkənin 1 nömrəli kreslosuna sahiblənəcəyini deyirdilər.
XS
SM
MD
LG