Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:17

ABŞ-a uçan təyyarəyə keçirilməli olan bomba zərərsizləşdirilib


Amerika kəşfiyyatı ABŞ-a uçan təyyarəyə keçirilmək üçün hazırlanmış bombanı ələ keçirib.

Bomba paltarın altından qurşağa bağlanmaq üçün nəzərdə tutulubmuş.

ABŞ kəşfiyyatı bildirir ki, bomba əl-Qaidənin Yəmən bölməsi tərəfindən hazırlanıb və 2009-cu ildə ABŞ-a uçan təyyarəyə keçirilən bombadan daha mürəkkəbdir.

ABŞ Dövlət Katibi Hillari Klinton bildirib ki, bu, terrorla mübarizənin bitmədiyini və “hamımızın ayıq-sayıq olmalı olduğumuzu” göstərir.
XS
SM
MD
LG